Kateqoriyasız

MOİK-dən ardıcıl 7-ci qələbə, “Qaradağ Lökbatan” məğlub oldu

Azərbaycan I Divizionda 7-ci tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutub. MOİK səfərdə “Səbail”in əvəzedicilərini 3-1 hesabı ilə məğlub edərək ardıcıl 7-ci qələbəsiz qazanıb və liderliyini davam etdirib. “Zirə”nin əvəzediciləri isə evdə “Qaradağ Lökbatan”a 2-0 hesabı ilə qalib gəlib.

I Divizion, 7-ci tur

18 oktyabr

“Zirə-2” – “Qaradağ Lökbatan” 2:0

Qollar: Ülvi İbrahimov, 48, Tapdıq Əhmədov, 59.

“Səbail-2” – MOİK 1:3

Qollar: Emil Həsənzadə, 77 (pen.) – Rəvan Babazadə, 10, Raul Yaqubzadə, 56, 60


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43