“Neftçi”nin qapıçısı Rza Cəfərov sosial şəbəkə hesabından paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, gənc qolkiper mövsümü ərzində komandanın uğursuz çıxışına toxunub:
“Əziz “Neftçi ailəsi! Çox təəssüf ki, son iki mövsümdə sizlərin bizdən gözlədiyiniz nəticələrlə sizi sevindirə bilmədik. Buna baxmayaraq, hər zaman bizi qarşılıqsız dəstəklədiniz. Mövsümə görə sizlərdən üzr istəyirəm. Bilməyinizi istəyirəm ki, buna görə ən azı sizin qədər çox üzgünük. Səhvlərimizin fərqindəyik. Əminik ki, bu mövsümün acı təcrübələrindən nəticə çıxardaraq, növbəti mövsümdə daha güclü, daha inamlı qayıdacaq və azarkeşlərimizə layiq sevinci yaşadacağıq! Forza NEFTÇİ!”.

