Kateqoriyasız

Mübariz Mənsimov Roman Abramoviçlə görüşdü

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov “Çelsi”nin sahibi, rus iş adamı Roman Abramoviçlə görüşüb.

İdmanxeber.com-un məlumatına görə, bugünlərdə fəaliyyətini dayandıran “Xəzər Lənkəran” klubunun sahibi “Beşiktaş”ın prezidenti Fikrət Ormanla birlikdə rus iş adamı ilə bir sıra məsələlər ilə bağlı söhbətləşib. Lakin görüşdə hansı məsələlərin müzakirə olunması ilə bağlı məlumat verilmir. 

“Beşiktaş”ın prezidenti F.Orman bildirib ki, onların əsas məqsədlərindən biri də milyonlarla Azərbaycan türkünün yaşadığı İranda və Azərbaycanda azarkeşlərinin sayını artırmaqdır.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43