Dünya futbolu

Müdafiəçi İngiltərə klubundan ayrılır

Müdafiəçi Junior Firpo bu yay “Lids”dən ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı ispaniyalıya bir neçə klubdan təkliflər var. O, yaxın vaxtda karyerası ilə bağlı qərarını verəcək. 

Firpo 2021-ci ilin iyulunda “Barselona”dan “Lids”ə keçib. 2022/23 mövsümündə futbolçu İngiltərə komandasında 25 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Transfermarkt.com” portalı müdafiəçinin dəyərini 12 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43