17 İyul 2026
Dünya futbolu

MY-dən 75 milyonluq transfer

“Mançester Yunayted” qapıçı Dioqo Kosta ilə maraqlanır.

İdmanxeber.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun yay transfer pəncərəsi zamanı “Porto”dan ayrılacağı ehtimal edilir. Qapıçının müqaviləsində 75 milyon avro qarşılığında sərbəst qalacağı bildirilib.

Premyer Liqa təmsilçisi də bu bənddən yararlanmaq niyyətindədir. 

Portuqaliya çempionatının son mövsümündə Kosta 33 oyun keçirib və 22 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43