Yulian Nagelsman Almaniya milli komandasının yeni baş məşqçisi olmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı mütəxəssis bu posta keçmək üçün 17 milyon funt-sterlinqdən imtina edərək “Bavariya” ilə müqaviləni pozacaq.
Nagelsman Münhen təmsilçisini 84 oyuna çıxarıb, 1 dəfə Bundesliqa, 2 dəfə isə Almaniya superkubokunu qazanıb.

