Dünya futbolu

“Nant” Bakıya gəlir

“Qarabağ”ın qonağı olacaq Fransanın “Nant” komandasının Bakıya səfər proqramı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi bu gün saat 22:00-da Azərbaycan paytaxtında olacaq.

Sentyabrın 14-də komandanın baş məşqçisi Antuan Kambuarrenin oyun öncəsi mətbuat konfransı keçiriləcək. Ardınca isə media üçün ilk 15 dəqiqəsi açıq məşq prosesi baş tutacaq.

“Nant” qarşılaşmadan dərhal sonra Fransaya qayıdacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43