Ölkə futbolu

Nazim Süleymanov qələbədən danışıb

“Bundan da yaxşı ola bilərik”

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının II turunda “Sumqayıt” “Sabah” komandasının qonağı olub. Qarşılaşmadan böyükhesablı qələbə (1-4) ilə ayrılan “Kimyaçılar”ın baş məşqçisi Nazim Süleymanov oyundan sonra açıqlama verib.

“Qələbə olan yerdə əhval ruhiyyə də yaxşı olur. Bu əhvalı da futbolçular yaratdı. Futbolçularımız istəyimizi lazımınca yerinə yetirdilər. Amma bundan da yaxşı çıxış edə bilərlər. Hələ ikinci turdur. Eyforiyaya düşmək lazım deyil. Futbolçular bilməlidirlər ki, bu, bizim işimizdir. Çalışmalıyıq ki, qələbələri əldən verməyək. Sadəcə, qələbə hisslərini yaşamaq, sonra isə gələcək oyunları düşünmək lazımdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43