Ölkə futbolu

Nazim Süleymanov:”Məğlubiyyəti haqq etdik”

Topaza Premyer Liqasının VII turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, “Sumqayıt” klubu “Bayıl Arena”da “Səbail”in qonağı olub. Matçın ardından qonaq komandanın baş məşqçisi Nazim Süleymanov oyun barəsində fikirlərini bölüşüb:

“Hər kəs komanda haqqında yaxşı fikirlər söyləyirdi. Ən qorxduğum da bu idi. Oyundan öncə futbolçularımla bu barədə danışmışdım. Rəqibi təbrik edirəm. Qələbə hər zaman yaxşı olduğu kimi, məğlubiyyət də bir o qədər  pisdi. Komandam məğlubiyyəti haqq etdi. Futbolda belə şeylər var. Hesabda geridə olsaq da, epizodlarımız var idi”.

-İlk hissədə küləyə qarşı oynamağınız  komandanıza  təsir etdi ?

-Açığı, belə düşünmürəm. Komandamın pis oynamağını küləyə bağlıya bilmirəm. Bu, bəhanə olar.

-Atillaya nə qədər dözəcəksiniz ?

-Oyunçunun biraz daha diqqətli olması lazımdı. Məşqlərdə özünü yaxşı göstərir. Biraz daha üzərində işləməlidir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43