Topaz Premyer Liqasının 7-ci turuna start verilir.
İdmanxeber.az-ın məlumatına görə, turun açılış görüşündə “Zirə” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.
Digər oyunda “Sumqayıt” “Səbail”in qonağı olub. Ev sahibi komanda görüşün taleyini ilk hissədə vurduğu qollarla həll edib – 2:0.
Qeyd edək ki, matçın 9-cu dəqiqəsində “Səbail”in hücumçusu Ruslan Qurbanov penalti imkanından yararlana bilməyib.
Turun mərkəzi qarşılaşmasında isə lider “Neftçi” 4-cü pillədə yer alan “Sabah”la üz-üzə gəlib. “Bakcell Arena”da keçirilən qarşılaşmda “Neftçi” 2:0 hesabı ilə qalib gələrək növbəti qələbəsini qazanıb.
Qeyd edək ki, “ağ-qaralar”ın heyətində Slavko Braliç oyunun 76-cı dəqiqəsində ikinci sarıdan qırmızı alaraq meydandan qovulub.
7-ci turda “Qarabağ”ın “Keşlə” ilə səfər matçı 31 oktyabra təxirə salınıb.
5 oktyabr (cümə)
18:00. “Zirə” – “Qəbələ” 1:0
QOL: Miloş Radivoyeviç, 85
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Səbuhi Bayramov
Dalğa Arena
19:00. “Səbail” – “Sumqayıt” 2:0
QOLLAR: Fəhmin Muradbəyli, 4 (1:0), Ruslan Qurbanov, 30 (2:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli
Bayıl Arena
20:15. “Neftçi” – “Sabah” 2:0
QOLLAR: Emin Mahmudov, 9, Qoran Paratski, 62 (2:0)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Akif Əmirəli, Nail Nağıyev
Bakcell Arena