14 İyun 2026
İdman

“Neftçi” daha bir legionerlə anlaşdı

FİBA Avropa Kubokunda çıxış edəcək “Neftçi” basketbol komandası heyətini daha bir legionerlə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar” amerikalı basketbolçu Kvindarios Braun ilə bir illik müqavilə imzalanıb.  

30 yaşlı idmançı sonuncu mövsümü Litvanın “Yuventus Utena” klubunda keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43