08 İyul 2026
Ölkə futbolu

“Neftçi” fransalı futbolçu gətirir

“Neftçi” sıralarını daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar” Maksim Sivişlə aparılan danışıqları yekunlaşdırıb.

Futbolçunun tibbi müayinədən keçməsindən sonra müqavilə rəsmiləşəcək. Yaxın günlərdə transferin ictimaiyyətə rəsmi şəkildə təqdim olunması gözlənilir.

Qeyd edək ki, fransalı futbolçunun son olaraq “Dinamo”da (Buxarest) çıxış edib. Onun Rumıniya klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43