08 İyul 2026
Dünya futbolu

Qabriel Moskardo “Braqa”da

PSJ 19 yaşlı yarımmüdafiəçi Qabriel Moskardonun icarəyə verildiyini açıqlayıb.

İdmanxeber.az-ın  məlumatına görə, gənc futbolçu Portuqaliyanın “Braqa” klubuna keçib. Tərəflər 1 illik icarə müqaviləsi imzalayıb.

Qeyd edək ki, Moskardo 2024-cü ilin yanvar ayından Paris təmsilçisinin heyətində çıxış edir. O, həmçinin Braziliyanın U-20 millisinin üzvüdür və bu komanda ilə Cənubi Amerika çempionatının qalibi olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43