Kateqoriyasız

“Neftçi” – “Qarabağ” oyununda polislə azarkeşlər arasında insident baş verib

Hazırda davam edən “Neftçi” – “Qarabağ” görüşündə ev sahibi azarkeşləri ilə polislər arasında in sident baş verib. Belə ki, “Neftçi” azarkeşləri oyunun 60-cı dəqiqəsində səs bombası və fakerdən istifadə etdikləri üçün hüquq-mühafizə orqanları onlara xəbərdarlıq edib. Bu isə azarkeşlərin narazılığına səbəb olub. Polislər onların bir neçəsini stadiondan çıxartmaq istəsə də, digər azarkeşlər buna mane olub.

Qeyd edək ki, qarşılaşma “Neftçi”nin 2:0 üstünlüyü ilə davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43