Ölkə futbolu

“Neftçi” “Qarabağ”a “Qalatasaray”la oyun üçün futbolçu verməyəcək: “Bu, mümkün deyil”

“Gözlədiyimiz oyun olmadı, amma irəliyə baxırıq. Çempionatda fasilə yaranacaq, çalışacağıq ki, daha yaxşı hazırlaşaq. Futbolçuların arxasında dayanaraq, onlara özünəinam vermək istəyirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regakampf “Kəpəz”lə oyundan sonra (2:2) deyib.

Rumıniyalı mütəxəssis daha sonra “Qurban Qurbanov “Qalatasaray”la oyun üçün 2-3 futbolçuya ehtiyacları olduğunu və digər klublarımıza müraciət edəcəklərini bildirib. “Neftçi” bu köməyə hazırdır?” – sualına.belə cavab verib:

“Bizim özümüzün də yoldaşlıq oyunumuz var. Əsas heyətdən 6-7 futbolçu millilərdə olacaq. İstədiyimiz proqramla davam etmək üçün U-19-dan oyunçular cəlb etdik. Hər komandanın öz proqramı var. Düşünürəm ki, bu cür addım atmaq çətin olar. Təsəvvür edin ki, oyunçularımız başqa komandalar üçün oynayacaq və zədə alacaq. Ödənişləri kim edəcək? Düşünürəm ki, bu, mümkün deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43