Ölkə futbolu

Tərlan Əhmədov: “Biz də qalib gələ bilərdik, “Neftçi” də”

“İtkilərə baxmayaraq, komandanı motivasiya etmişdik. Əzəli rəqiblə derbidə yaxşı mübarizə aparıb xal götürmək vacib idi. Komandam gözəl mübarizə apardı. Yaxşı oynadıq. Hesab böyük də ola bilərdi, biz də, onlar da qalib gələ bilərdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpə,”in baş məşqçisi Tərlan Əhmədov “Neftçi” ilə oyundan (2:2) sonra deyib.

Təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Neftçi” böyük klubdur, “Kəpəz” də. Amma “Kəpəz” uzun müddətdən sonra Premyer Liqaya qayıdıb. Yeddinci aydır buradayıq. “Neftçi”dən xal almaq böyük nəticədir. Çünki yeni formalaşırıq. Heç-heçə ədalətli nəticə idi. Hər iki komandanın şansı var idi. Səfərdə qazanılan bir xal düzgün, uğurlu yolumuzda təkan olacaq.

Hakim səhvlərindən 8 xal itirmişik. Özümüzün də səhvi olub. Nəticəyə təsir edəcək xallardır. Amma geridə qalıb. Əvvəlki oyunlara baxanda bu gün qlobal səhvlər olmadı. Cüzi xətalar həmişə olub. Biz məşçqilər aqressiv davranırıq. Amma hakimlikdən narazı qalacaq epizod yoxdu”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43