Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” bu gün “Match TV” beynəlxalq turnirində ikinci oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Serbiyanın “Srvena Zvezda” komandası ilə qarşılaşıb. Sankt-Peterburqdakı “Smena” stadionunda keçirilən matçda Serbiya klubu 4:0 hesabı ilə məğlub olub.
“Match TV” turniri
8 iyul
20:30. “Neftçi” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya) 0:4
Qollar: İvaniç, 9, Mitroviç, 17, Bukari, 45, Şliviç, 81
Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Yermakov
Var hakimi: Nikolay Voloşin
Sankt-Peterburq, “Smena” stadionu
Qeyd edək ki, “Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzub. Paytaxt klubu son matçında Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.

