07 İyul 2026
Ölkə futbolu

“Rapid” “Neftçi”nin istədiyi baş məşqçi ilə vidalaşdı

Rumıniyanın “Rapid” (Buxarest) klubu baş məşqçi Adrian Mutu ilə vidalaşıb.

İdmanxeber.az yerli mətbuata istinadən məlumatına görə, bu barədə klub rəsmi açıqlama yayıb. Bildirilib ki, o, artıq yeni mövsümdə komandanın baş məşqçisi olmayacaq.

Klub prezidenti Daniel Nikulae bu ayrılığın səbəbini Mutunun özünə yeni yol seçməsi ilə izah edib.

Qeyd edək ki, Rumıniya mətbuatı Azərbaycan klubu “Neftçi”nin baş məşqçiliyə əsas namizədinin məhz Mutu olduğunu iddia edir. Paytaxt təmsilçisinin yaxın zamanda bu təyinatı açıqlayacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43