Ölkə futbolu

“Neftçi” “Şkendiya”nı qabaqlayacaq

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Şkendiya” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı təşkil olunacaq. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir iyulun 13-də “Bakcell Arena”da keçiriləcək və saat 18:10-da başlanacaq. Konfransdan sonra, saat 18:30-da komandamızın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Həmin gün “Bakcell Arena”da “Şkendiya” klubunun baş məşqçisinin mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:40-da, məşq isə saat 20:00-da başlanacaq.

Qeydiyyatdan keçmiş media nümayəndələri akkreditasiyalarını “Neftçi”nin mətbuat konfransından öncə ala biləcəklər.

Qeyd edək ki, iyulun 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkendiya” oyunu saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43