17 İyun 2026
Ölkə futbolu

“Neftçi” Tovuza ciddi itkilərlə yollandı

“Neftçi” Misli Premyer Liqasının 34-cü turunda qarşılaşacağı “Turan Tovuz” klubu ilə matçın hazırlığını bitirib.

İdmanxeber.az-ın məlumatına görə, “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komanda Tovuza yola düşüblər.

“Neftçi”də Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.

Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43