22 İyul 2026
Ölkə futbolu

“Neftçi” üçün Bakıya gəlir – BU TARİXƏ KİMİ

“Neftçi”nin baş məşqçi Yuri Vernidubla razılaşdığı xəbərini vermişdik. Bakı klubu təcrübəli çalışdırıcı ilə bütün məsələlərdə ortaq məxrəcə gələ bilib.

İdmanxeber.az-a verilən məlumata görə, ukraynalı mütəxəssis ayın 29-na qədər ölkəmizə təşrif buyuracaq. O, “Zirə” ilə Azərbaycan kuboku görüşündə komandanın başında olmalıdır.

Xatırladaq ki, “ağ-qaralar” dekabrın 2-də, ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “qartallar”la üz-üzə gələcək.

Qeyd edək ki, “Neftçi”də boş qalan bu posta daha iki şəxsin – Viktor Qonçarenko ilə Abdulla Avcının da real namizəd olduğu bildirilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43