04 İyun 2026
Ölkə futbolu

“Neftçi” və “Qarabağ”dan qələbə – YENİLƏNİB 

Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, günün ilk  oyununda “Neftçi” “Səbail”lə qarşılaşıb. Görüş “ağ-qaralar”ın qələbəsilə başa çatıb – 3:0.

Günün digər matçında isə “Qarabağ” “Kəpəz”i qəbul edib. Görüş Ağdam təmsilçisinin qalibiyyəti ilə bitib – 3:0.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə “Qarabağ” çempion olub, “Zirə” 2-ci yeri, “Araz-Naxçıvan” isə 3-cü pilləni təmin edib.

18 may (bazar)

17:00. “Neftçi” – “Səbail” 3:0

Qollar: Dembo Darbo, 1, Ağadadaş Salyanski, 25, Əlirza Müştəbazadə – avtoqol, 79

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

“Neftçi Arena”

19:00. “Qarabağ”– “Kəpəz” 3:0

Qollar: Leandro Andrade, 31, Aleksey Kaşuk, 74, Musa Qurbanov, 83

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov

VAR: Rəşad Əhmədov 

AVAR: Əli Əliyev

“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43