30 İyun 2026
Ölkə futbolu

“Neftçi” “Zirə” matçına itkisiz çıxacaq

“Neftçi” Misli Premyer Liqasının 7-ci turunda qarşılaşacağı “Zirə” klubu ilə görüşün hazırlığını başa vurub.

İdmanxeber.az xəbər verir ki, komkandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Artıq cəza müddəti başa çatan müdafiəçi İqor Ribeyro zirəlilərlə matçda iştirak edə bilər.

Qeyd edək ki, oktyabrın 3-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43