07 İyul 2026
Ölkə futbolu

“Neftçi”də ciddi itki: aylarla meydanda olmayacaq

“Matç TV Kuboku” çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnmiş futbolçu Emil Balayevin sağlamlıq durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib:

“Emil Balayev Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdi. O, axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu səbəbdən qapıçımız təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43