07 İyul 2026
Ölkə futbolu

“Qəbələ”dən növbəti transfer – RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Rauf Hüseynlinin keçidini gerçəkləşdirib. 23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Raufun son klubu “Şamaxı” olub. Karyerasına “Qarabağ”da başlayan futbolçu “Zirə”də də forma geyinib.

 

Hüseynli Azərbaycan yığmalarında da çıxış edib. O, ölkəmizin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.

Qeyd edək ki, “Qəbələ” bundan əvvəl Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko,  Gilad Avramov, Osama Xalaylanı transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43