Azərbaycan Premyer Liqasının 33-cü turu çərçuvəsində səfərdə “İnter”lə qarşılaşacaq “Neftçi” paytaxt derbisinə ciddi itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın çalışdırıcısı Arif Əsədov Bank klubu ilə oyunda Flavinyo, Məqsəd İsayev, Denis Silva, Karlos Kardosa və Nikolas Kanalesin xidmətindən istifadə edə bilməyəcək.
Buna səbəb ilk üç futbolçunun zədəli, sonuncuların isə cəzalı durumda olmasıdı.
Qeyd edək ki, “İnter” – “Neftçi” matçı mayın 8-də baş tutacaq.

