Kateqoriyasız

“Neftçi”nin Avropa Liqasındakı cavab matçının da vaxtı açıqlandı

Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın “Sperantsa” klubu ilə qarşılaşcaq “Neftçi”nin cavab oyununun da vaxtı açıqlanıb.

İdmanxeber.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 18-də Bakıda keçiriləcək, “Bakcell Arena”da baş tutacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 11-də Kişinyovda keçiriləcək və həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bu cütün qalibi 2-ci raundda Rusiyanın “Arsenal” (Tula) klubu ilə üz-üzə gələcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43