Kateqoriyasız

“Neftçi”nin daha bir rəqibi bəlli oldu

Avropa Liqasına hazırlaşan “Neftçi”nin Antalyada keçirəcəyi yoxlama görüşü üçün daha bir rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Rusiyanın “SKA-Xabarovsk” klubu ilə qarşılaşacaq. Oyun iyunun 19-da baş tutacaq.

“Neftçi” iyunun 30-da Ukraynanın “Vorskla” klubu ilə də qarşılaşacaq.

“SKA-Xabarovsk” Rusiya Milli Liqasında ötən mövsümü 7-ci pillədə tamamlayıb.

Qeyd edək ki, “Neftçi” 2018-ci ilin yanvarında Türkiyədə keçirilən yoxlama görüşündə “SKA-Xabarovsk”a 1:8 hesabı ilə uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43