Kateqoriyasız

“Neftçi”nin futbolçusu millidən uzaqlaşdırıldı – Siqaret çəkdiyinə görə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) yığmanın heyətindən kənarlaşdırılıb.

İdmamxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Hər iki futbolçu nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43