“Neftçi”nin futbolçusu Azər Salahlı Estoniya ilə keçiriləcək oyunun “23-lüy”ünə salınmayıb.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Canni De Byazi 29 yaşlı müdafiəçiyə ehtiyac duymayıb.
Salahlı və U-21 yığmasının düşərgəsinə qoşulan Cəlal Hüseynov istisna olmaqla, əsas milliyə çağırılan digər 23 oyunçunun hər biri bugünkü qarşılaşmada baş məşqçinin sərəncamında olacaq.
“Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya görüşü saat 20:00-da başlayacaq.

