21 İyul 2026
Kateqoriyasız

“Neftçi”nin yeni transferi söz verdi: “Orada qələbə qazanacağıq”

“Təəssüf ki, qələbə qazana bilmədik. Ancaq orada qələbə qazanacağıq. Çünki bizim futbolçuların keyfiyyəti onlarınkından yüksəkdi”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Neftçi”nin yeni transferi Xuan Alberto Melli deyib.

Braziliyalı futbolçu “Mladost”la oyunda qələbə qazana bilməmələrini belə izah edib:

“Şanslarımız çox oldu. Sadəcə ələ düşən imkanlardan yararlana bilmədik. Hesab 2:1 olanda istədik bu nəticəni saxlayaq. Ancaq alınmadı. Biz onlardan çox-çox yaxşı oynadıq. Qələbə qazana bilərdik, bacarmadıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43