Kateqoriyasız

“Neftçi”yə təslim olmayacağıq”

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşü çərçivəsində sabah Bakıda “Neftçi”nin qonağı olacaq “Mladost”un futbolçusu Aleksandr Miliç oyunla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, Podqoriça təmsilçisinin futbolçusu onları Bakıda çətin oyun gözlədiyini bildirib:

“Bakıda bizi “Neftçi” ilə çətin oyun gözləyir. Ancaq təslim olmayacağıq. Cavab matçına rahat çıxmağımız üçün bu görüşdə sərfəli nəticə qazanmağa çalışacağıq. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edəcəyik”.

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda  keçiriləcək “Neftçi” – “Mladost” oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43