PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar Rio de-Janeyro şəhərindəki gecə klublarının birində əlbəyaxa dava edib.
İdmanxeber.az “Mundo Deportivo” nəşri istinadən xəbər verir ki, hadisə həftə sonu baş verib. Ulduz futbolçu rəqs edərkən tanımadığı bir nəfəri itələyərək yerə yıxıb. Bunun ardından tərəflər arasında əlbəyaxa dava başlayıb.
Təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra ara sakitləşib. Futbolçunun yanında sevgilisi Bruna Biankardinin də olduğu qeyd edilir.
31 yaşlı Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. O, 2017-ci ildə “Barselona”dan Paris tərəfinə keçib.

