İdman

Nuri Şahin Bundesliqada “ən yaxşı” oldu

“Borussiya” Dortmundun futbolçusu Nuri Şahin Almaniya Bundesliqasında həftənin futbolçusu seçilib.

İdmanxeber.com-un Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Bundesliqanın II turu çərçivəsində “Herta”ya 2:0 hesabı ilə qalib gələn “Borussiya”nın yarımmüdafiəçisi “ən yaxşı” olub.

Qeyd edək ki, Türkiyə millisinin üzvü “Herta” ilə matçda 90 dəqiqə meydanda olub və komandasının ikinci qoluna imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43