20 İyun 2026
Dünya futbolu

Okan Osimheni köməyə çağırdı

“Qalatasaray”ın baş məşqçisi Okan Burukla hücumçu Viktor Osimhen arasında görüş baş tutub.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis zədədən yeni çıxan futbolçudan bu kritik dönəmdə komandaya dəstək olmasını xahiş edib və onun əhəmiyyətini vurğulayıb.

Osimhenin riskə baxmayaraq növbəti oyunda iynə ilə də olsa meydana çıxması gözlənilir.

Xatırladaq ki, İstanbul klubu son turda doğma meydanda “Kocaelispor”la heç-heçə (1:1) edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43