Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Sloveniya) ilə qarşılaşacaq “Qarabağ”ın hər iki matçı canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, görüşü ölkəmizdə “İdman TV” canlı yayımlayacaq.
“Qarabağ”ın “Olimpiya” ilə avqustun 24-ü səfərdə keçiriləcək ilk matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq cavab görüşü isə saat 20:00-da start götürəcək.
Qarşılaşmanı canlı yayımlayacaq kanalların siyahısı aşağıdakı kimidi:
24 avqust
Avropa Liqası, pley-off
22:00 Olimpiya – Qarabağ – İdman TV, QQ Sport (Çin), “Sportklub 1” (Sloveniya), “Arena Sport” (Şimali Makedoniya)

