Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini həll edib.
İdmanxeber.az xəbər verir ki, seneqallı Latir Fal bundan sonra “Kəpəz”in şərəfini qoruyacaq. Onunla iki illik (1+1) müqavilə imzalanıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən Falın son klubu “Eştrela” (Portuqaliya) olub. Xatırladaq ki, seneqallı oyunçunun “Kəpəz”ə keçəcəyini ilk olaraq idmanxeber.az saytı yazmışdı.

