Ölkə futbolu

ÖZƏL! Gəncə stadionu ilə bağlı daha bir xəbər: Yeni baza inşaa oluna bilər

Bir neçə gün əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov Gəncədə olub.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Gəncə şəhər stadionunun assosiasiya tərəfindən dəyişdirilən ot ortüyü ilə bağlı görülən işlərlə tanış olan federasiya rəsmisi "Kəpəz"in rəhbərliyi ilə ortaq qərarlar alıblar. Klubdan AFFA rəsmisinə işlərin yüksək səviyyədə getdiyi və tez bir vaxtda ot örtüyünün tam ideal vəziyyətdə olacağı bildirilib.  Bundan başqa AFFA tərəfindən Gəncəyə göndərilən "Dalğa Arena"nın suni örtüyünün məşq meydançasına döşənməsi işlərinə start veriləcəyi də  vurğulanıb. 

Ötən günlərdə bazanın əsaslı şəkildə təmirə bağlanacağı ilə bağlı xəbər vermişdik. Tərəflərin görüşü zamanı bazanın yanında yenisinin inşaa olunması məsələsi müzakirə olunub. Bu isə o deməkdi ki, iki variantdan biri yaxın zamanlarda həyata keçiriləcək. Məsələ ilə bağlı Elxan Məmmədov əllərindən gələn köməyi əsirgəməyəcəklərini söyləyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43