Ölkə futbolu

Pərdis Azad: “Avroliqaya vəsiqə qazanmaq istəyirik”

“Çox məyus olduq”

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının II turunda “Zirə” komandası “Keşlə”ni qəbul edib. 2:2 heç-heçə ilə bitən matçın ardından ev sahibi komandanın oyunçusu Pərdis Azad oyun barəsində saytımıza müsahibə verib.

“Çox məyus olduq. 2-0 öndə olduğumuz qarşılaşma 2:2 bitdi. Hərhalda təcrübəsizlikdən irəli gəlir. Ancaq bu, bizi ruhdan salmayacaq. Komandaya qoşulan yeni oyunçular. Düşünürəm ki, get-gedə daha yaxşı olacayıq. “Keşlə” mənim sabiq komandamdır. Orada çoxlu dostlarım var. Onlara qarşı oynamaq mənim üçün daha xoşdur. Çempionata diqqət etsəniz komandaların gücü bir-birlərinə çox bənzəyir. Özümüzün hədəflərimiz var. İstəyirik ki, yaxşı nəticə göstərib, Avroliqaya vəsiqə qazanaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43