Kateqoriyasız

“Partizani” – “Qarabağ” oyununa təyinatları açıqladı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın “Partizani” ilə ilk oyununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Tiranada keçiriləcək ilk matçın baş hakimi İslandiya Futbol Federasiyasından Holvardur Arnason olacaq. 37 yaşlı referiyə həmyerliləri Yohann Qunnar Qudmundsson və Andri Vigfüsson köməklik edəcək. Dördüncü hakim funksiyasını Petur Qudmundsson yerinə yetirəcək.

Qeyd edək ki, “Partizani” – “Qarabağ” görüşü iyulun 10-u Bakı vaxtı ilə 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43