17 İyul 2026
Dünya futbolu

Pavar “Bavariya”dan getmək istəyir

Müdafiəçi Benjamin Pavard bu yay “Bavariya”nı tərk etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu müqaviləsini uzatmaq niyyətində deyil. Futbolçu artıq qərarı ilə bağlı kluba məlumat verib.

Daha əvvəl onunla “Barselona”, “Mançester Yunayted” və “İnter”in maraqlandığı bildirilirdi.

Bu mövsüm Pavard komandanın heyətində Bundesliqada 30 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43