Azərbaycan II Liqasında ikinci tura start verilib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bu gün Ağdaşda keçirilən yerli komanda ilə “Baku Sportinq” görüşünün nəticəsi (4:2) ləğv edilə bilər. Belə ki, paytaxt təmsilçisinin heyətində yer alan 10 nömrəli futbolçu Elgün Abbaslının adı matçın protokoluna daxil edilməyib.
Qonaqlar oyundan 4:2 hesabı ilə qalib ayrılsalar da, protokolda adı olmayan futbolçunun xidmətindən yararlandıqları üçün onlara texniki məğlubiyyət verilə bilər.
Məsələ ilə bağlı yekun qərarı gələn həftə AFFA Nizam İntizam Komitəsi verəcək.
Görüşün protokolu

“Baku Sportinq” klubunun 10 nömrəli futbolçusu


