18 İyul 2026
Ölkə futbolu

Paytaxt klubu bölgəyə köçür?

Azərbaycan II Liqa təmsilçisi “Şəfa” klubunun bölgədə məskunlaşacağı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə İdmanxeber.az saytına klubdan məlumat verilib. Bildirilir ki, “Şəfa” paytaxtı təmsil edir və Bakıda qalamağa davam edəcək. Klub hazırda məskunlaşmaq üçün yeni stadion axtarışdadır. Rəhbərliyin komandanı hansısa bölgəyə köçürmək kimi bir niyyəti yoxdur.

Qeyd edək ki, bir müddət öncə mətbuatda “Şəfa”nın Qubaya köçəcəyi və bu bölgəni təmsil edəcəyi iddia edilirdi. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43