“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu “Brayton”dan Evan Ferqyusonu icarəyə götürüb. 20 yaşlı hücumçu növbəti mövsümü İtaliyada keçirəcək.
Qeyd edək ki, Evan 2022-ci ilin noyabrında “Brayton”da debüt etmişdi.
O, bu ilin fevral ayından icarə əsasında “Vest Hem”də oynayırdı.

