Azərbaycan II Liqasında çıxış edən “Şəfa”nın “Şahdağ Qusar” komandasından Ruslan Hacıyevi transfer etdiyini xəbər vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, Bakı klubu oyunçunun keçidi üçün təzminat ödəyib. Çempionluq iddiası ilə mübarizə aparan “Şəfa” oyunçuya qarşılıq 13 min manat verib.
Bununla yanaşı, rəhbərlik Hacıyevi də bəzi şərtlərdə razı salıb. Onun əsgərlik probleminin həll ediləcəyi bildirilib.
Xatırladaq ki, Ruslan Hacıyev bir müddət Premyer Liqa klubu “Səbail”də çıxış edib.

