20 İyul 2026
Ölkə futbolu

Paytaxt klubunda hərəkətli günlər – Onun da gedəcəyi dəqiqləşdi, ikisi ilə danışıqlar başladı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sabah” klubunda transfer çalışmaları davam edir. Bakı klubu baş məşqçi Vasili Berezutski ilə yollarını ayırıb. Rəhbərlik hazırda məşqçi axtarışlarını davam etdirir.

Ancaq klub idarəediciləri yalnız məşqçi izində deyil. Eyni zamanda heyətlə bağlı çalışmalarını da davam etdirir. Klub artıq Şakir Seydiyevlə vidalaşıb. Əldə etdiyimiz məlumata görə, Vinsent Till də komandadan ayrılacaq. Rəhbərlik sözləşməsi başa çatan oyunçuya yeni müqavilə təklif etməyib.

Rəhbərlik sözləşməsi bitən daha iki futbolçuyla isə danışıqları davam etdirir. Bunlar Namik Ələskərovla Anatoli Nuriyevdir. Klub hər iki oyunçunu komandada saxlamaq niyyətindədir.

Rəhbərlik onlara yeni müqavilə təklif edib. Tərəflər arasında danışıqlar davam edir. Hələlik razılıq əldə olunmayıb.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43