Kateqoriyasız

PFL rəhbərliyinin səhhəti ilə bağlı YENİ AÇIQLAMA

Dünən əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və PFL-in vitse-prezidenti Aslan Şahgəldigevin vəziyyəti stabildir.

İdmanxeber.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Liv Bona Dea Hospitalın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onların reanimasiya şəraitində müalicələri davam edir.

“Digər 4 xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir”, – deyə cavabda qeyd edilib.

Xatırladaq ki, adıçəkilən şəxslər dünən Ağdam rayonu ərazisində ağır yol qəzasına düşüblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43