29 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubları anlaşdı – Qəbələdən Yevlaxa 

Yevlax şəhər stadionunun hazır duruma gəldiyini xəbər vermişdik. “Karvan-Yevlax” Premyer Liqanın növbəti turunda rəqibini doğma meydanda qəbul edəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, arenada yalnız bölgəni təmsil edən komanda çıxış etməyəcək. Daha bir Premyer Liqa klubu Yevlax şəhər stadionu üçün müraciət edib. 

Söhbət “Kəpəz”dən gedir. Gəncə təmsilçisi cari mövsüm ev oyunları Qəbələdə keçirir. Ancaq klub rəhbərliyi şəhərə daha yaxın olan Yevlaxa “köçmək” niyyətindədir. 

Artıq “Karvan-Yevlax” klubunun rəhbərliyi ilə danışıq olub. Yevlax təmsilçisi “Kəpəz”in istəyini geri çevirməyib.

“Sarı-göylər” son anda bir problem çıxmasa, yanvardan sonra rəqiblərini Yevlaxda qəbul edəcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43