19 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubları Yıldızı istəyir

İngiltərə klubları “Yuventus”un gənc hücumçusu Kənan Yıldıza marağını davam etdirir.

İdmanxeber.az xəbər verir ki, 20 yaşlı futbolçu ilə “Tottenhem” ciddi şəkildə maraqlanır. “Arsenal”, “Çelsi” və “Liverpul” da türkiyəli oyunçunu izləyənlər arasındadır.

Yıldızın transfer dəyəri təxminən 75 milyon avrodur. O, bu mövsüm “Yuventus”da 13 oyunda 3 qol və 4 asistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43