Dünya futbolu

Premyer Liqa klubu “Borussiya”dan hücumçu transfer etdi

Münhenqladbax “Borussiya”sından ayrılan Yosip Drmiç karyerasını İngiltərədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, isveçrəli hücumçu İngiltərənin “Norviç Siti” klubu ilə anlaşıb.

26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. İsveçrə millisində də forma geyinən Drmiç, yeni klubuna azad agent kimi keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43